Fransa ərzaq qıtlığı ilə üzləşə bilər

Fransa ərzaq qıtlığı ilə üzləşə bilər

Fransa quraqlıq səbəbilə zəifləyən əkinçilik sahəsinə 1 milyard avro məbləğində pul ayıracaq. SİA-nın məlumatına görə, bu barədə Fransanın baş naziri Francois Fillon söz verib: \"Ölkədə yaşanan vəziyyətə şahidik. Quraqlıq təhlükəsinin əkinçilik sahəsinə vurduğu ziyan göz qabağındadır. Quraqlıq nəticəsində tarlaları ciddi ziyan görən əkinçilərə ölkə fondundan təxminən 1 milyard avro yardım ayrılacaq\".

Xatırladaq ki, dövlət başçısı Nicolas Sarkozi də açıqlaması zamanı kəndlilərin builki vəziyyətlə əlaqədar kredit borclarının təxirə salına biləcəyini və bəzi vergilərdən azad olacaqlarının müzakirə edildiyini bildirmişdi.

Digər yandan isə, Fransa Meteorologiya İdarəsi, yağıntıların normadan çox aşağı olmasının ciddi təhlükə olduğu barədə xəbərdarlıq edib. Belə ki, idarənin məlumatlarında Fransanın 1976-cı ildən bu yana ən ciddi quraqlıq təhlükəsiylə qarşı-qarşıya olduğu qeyd edilib.

Qeyd edək ki, hökumətdən başqa, Aİ Komissiyası da Fransanın quraqlıqdan ziyan görmüş əkinçilik sektoruna lazım olan köməyi edəcəyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə