Hillari Klinton: \"Qəddafi son günlərini yaşayır\"

Hillari Klinton: \"Qəddafi son günlərini yaşayır\"

\"Qəddafinin günləri sayılıdır\". SİA-nın məlumatına görə, bu sözləri ABŞ-ın xarici işlər naziri HillariKlinton açıqlaması zamanı deyib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə təşkil edilən Liviya Təmas Qrupunun 3-cü yığıncağında iştirak edən Hillari Klinton Qəddafini hökuməti təhvil verməyə çağırıb: \"Artıq Qəddafi hökumətinin başqa seçimi yoxdur. Keçən zaman hadisələrin gedişatını xeyrimizə dəyişir. Artıq Qəddafinin nə savaşmağa, nə də qaçmağa gücü yoxdur. Ətrafındakı silahdaşları, hətta qohumları belə onu tərk edir. O özü də bu vəziyyətdən xəbərdardır və bilir ki, sonunda heç də yaxşı nəticələrlə üzləşməyəcək. Bütün bunlarla yanaşı, hərbi, iqtisadi və siyasi sahələrdə Qəddafinin üzərindəki beynəlxalq təzyiq artıb. Artıq bütün ölkədəki vəziyyəti təhlil etdikdə rahatlıqla demək olur ki, Qəddafi hökumətinin ömrü qısalıb. Qəddafi son günlərini yaşayır\".

Bütün xəbərlər Facebook səhifəmizdə