Pakistanda törədilən hücum nəticəsində 8 əsgər ölüb, 10-u isə yaralanıb

Pakistanda törədilən hücum nəticəsində 8 əsgər ölüb, 10-u isə yaralanıb

Pakistanda "Taliban" yaraqlıları yenidən hücuma keçiblər. SİA-nın xəbərinə görə, 100-ə yaxın "Taliban"ın həyata keçirdiyi hücum nəticəsində Pakistanın Cənubi Vəziristan vilayətində 8 əsgərin ölüb.

Təhlükəsizlik mənbələri Pakistanın şimal-qərbində, Əfqanıstan sərhədində yerləşən məntəqəyə hücum zamanı ən azı 10 əsgərin yaralandığını söyləyiblər. Hücumçulara cavab atəşi ilə 10-dan çox terrorçunun da öldürüldüyün vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə