Dünyada ümumilikdə işlək və ehtiyatda olan 20,530 nüvə başlığı var. SİA-nın xəbərinə görə, statistik rəqəmlər Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatında yer alıb. Nüvə başlığına malik olan dövlətlərə gəlincə burada Rusiya liderlik edir. Daha sonra siyahıda ABŞ, Fransa və Böyük Britanıya yer tutur. Hər dörd dövlətdə ümumilikdə 5027 nüvə başlığı var.
Həmçinin 15.500 ədəd isə ehtiyatda olan və hazır vəziyyətə salınmasını gözləyən nüvə başlıqları var. Eyni zamanda siyahıda Çin, Hindistan, Pakistan və həmişə dövlətində nüvə başlıqlarının mövcud olmadığını israrla deyən İsrailin də adı var.
Hesabatda bildirilir ki, ötən ilə nisbətdə bu il nüvə başlıqlarının sayında azalma müşhidə olunub. Azalmaya səbəb isə ilk növbədə Rusiya ilə ABŞ arasında imzalanan SNB-3 müqaviləsidir. Lakin mövcud olan nüvə başlıqları yetərki, 10 dəqiqəyə dünyanın sonu olsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB