Yunanıstanda bugün \"ağır\" gün olacaq

Yunanıstanda bugün \"ağır\" gün olacaq

Yunanıstanda vəziyyət gərgindir. SİA-nın məlumatına görə maliyyə böhranının səbəb olduğu aksiyalar geniş vüsət almağa davam edir. Bu gün də Yunanıstanda iqtisadi sahədə həyata keçirilən islahatlara etiraz etmək məqsədilə bir qrup işçi nümayişə hazırlaşır. Bank və liman işçilərindən ibarət olan qrup aksiyanı paytaxt Afinada reallaşdırmağı planlaşdırırlar.

Bu barədə xəbər yayan Yunanıstan Dövlət Televiziyası (ERT) işçi qrupunun bugün səhər saatlarından başlayaraq, 24 saat davam edəcək nümayiş təşkil edəcəklərini bildirib.

Qeyd edək ki, nümayişçiləri paytaxta gətirmək üçün xüsusi nəqliyyat vasitələri ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə