Moskvada güclü yanğın baş verib

Moskvada güclü yanğın baş verib

Rusiyanın paytaxtı Moskva şəhərində tələbə yataqxanasında yanğın baş verib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə əsasən, üçmərtəbəli binanın sonuncu mərtəbəsində baş vermiş yanğının ümumi sahəsi 3 min kv.m təşkil edib. Təhlükəsizlik tədbirləri çərçivəsində binadan 310 nəfər təxliyyə edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Yanğın hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə