Yaponiya öz səhvini etiraf edib. SİA-nın məlumatına görə, Yaponiya hökuməti sunamidən sonra yaşanan Fukusima fəlakətinə hazır olmadıqlarını bildirib.
Rəsmi Tokio Beynəlxalq Atom Enerjisi Təşkilatına təqdim etmək üzrə hesabat hazırlayıb. Hesabatda Yaponiyada baş verən fəlakətlərin gözlənilməz olduğu, nəticələrinə isə hökumətin hazırlıqsız olduğu ifadə olunub: \"Mart ayının 11-də Yaponiyada baş verən zəlzələdən sonra Daiçi nüvə stansiyasında elektrik kəsildivə soyutma sistemi pozuldu, nəticədə isə 3 reaktordakı nüvə əriməyə başladı. Daha sonra məlum oldu ki, 1nömrəli reaktordakı nüvə isə əvvəlcə ehtimal edilən vaxtdan bir saat əvvəl əriməyə başlayıbmış. Biz qəbul edirik ki, Tokioda ölkənin atom enerjisinin təhlükəsizliyi sahəsində bir sıra problemlər yaşanıb. Bu məqsədlə də, təhlükəsizliyin artırılması istiqamətində ciddi tədbirlərə start verilib. Stansiyadan sızan radiasiya miqdarı proqnozlardan 2 dəfə çoxdur\".
Qeyd edək ki, hesabatın nəticələrinə əsasən məlum olub ki, yayılan radiasiyanın miqdarı Çernobil fəlakətinin onda biri nisbətində deyil, təxminən altıda biri nisbətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB