Haitidə güclü leysan insan itkisinə yol açıb

Haitidə güclü leysan insan itkisinə yol açıb

Şiddətli yağmurun məskən saldığı növbəti ölkə Haitidir. SİA-nın məlumatına görə, Haitidə yağan fasiləsiz yağışlar 10 nəfərin ölümünə səbəb olub.

Təhlükəsizlik nümayəndələri bildirib ki, aramsız yağan leysan yağışları bir sıra küçələrdə selə səbəb olub. Can itkisisi ilə yanaşı, şəhərə ciddi maddi ziyan dəyib. Ağacların qırılması və çox sayda elektrik xəttlərinin qırılması nəticəsində nəqliyyatın hərəkəti dayandırılıb. Paytaxt küçələrinin gur axan çaylardan fərqlənmədiyini deyən səlahiyyətlilər vəziyyətin belə davam etməsi halında ciddi fəsadlar yaranacağını diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə