Müsəlman ölkələrində toyların çətinliyi

Müsəlman ölkələrində toyların çətinliyi

Müsəlman ölkələrindəki toylar bir ayrı məsələdir. Məsələn, İran və İraqda toylara orta hesabla azı 100 nəfər qonaq dəvət olunur. Bu isə ən azı 5 min dollar xərc deməkdir. Toy gecəsi isə bəy gəlinin ata evinə \"qızıl süd haqqı\" verməlidir.

SİA-nın xəbərinə görə, İranda bu \"haqq\" adətən 50 qram, İraqda isə 100 qram qızıl olur. Bu səbəbdən də İranla bahəm, ərəb ölkələrində subaylar çoxdur. Gənclər 28-30 yaşlarına qədər çalışır, gözləyir və pul yığırlar. Müsəlman ölkələrində problemin bir həlli də nişanlanmaqdır. Gənclər nişanlanır, barmaqlarına nişan üzükləri taxır, sonra isə nişanlı gənc pul yığana qədər qız gözləyir. Yəmən, İran, Səudiyyə Ərəbistanı, Küveyt, Tunis, Misir, Liviya kimi ölkələrdə ailə həyatı qurmaq istəyən gənclər yetərli məbləği toplayandan sonra da onların çətinlikləri bitmir. Gələcək bəylə gəlin genetik uyarlılığı təsbit etmək üçün qan testi də verməlidir. Qan qrupları uyğun gəlməyən cavanların rəsmi nikahına əksər hallarda icazə verilir.



Bütün xəbərlər Facebook səhifəmizdə