Maltada bağlanaraq diri-diri torpağa basdırılan bir it səlahiyyətlilər tərəfindən son anda ölümdən qurtarılıb. SİA-nın xəbərinə görə, ölkənin cənubundakı Birzebbuga bölgəsi yaxınlarında boyundan yuxarıya qədər torpağa basdırılan itin tapılmasından sonra qurtarma işlərinə başlanıb. Meşəlikdə torpağın üstündə ancaq üzü görünən və çətinliklə nəfəs ala bilən iti görüncə qruplar ölmək üzrə olan heyvanı qurtarmaq üçün dərhal torpağı qazmağa başlayıblar. Ağzı və gözlərinin içi qumla dolu olan it torpaq qazılarkən ağlayaraq torpaqdan çıxarılmağını gözləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB