İsveçrə Liviyanı məhkəməyə verməyə hazırlaşır. SİA-nın məlumatına görə, hadisəyə səbəb isə Liviyanın isveçrəli 2 iş adamını həbs etməsidir. Belə ki, İsveçrə hökuməti Liviya lideri Muammər Qəddafinin oğlunu İsveçrədə nəzarətə alıb. Bunun qarşılığında isə Liviya hökuməti öz ölkəsində fəaliyyət göstərən 2 nəfər önəmli iş adamını həbs etmişdi. Hazırda İsveçrə prokurorluq tərəfindən cinayət işi açılmasını gözləyir.
Xatırladaq ki, 2008-ci ildə Qəddafi İsveçrənin Cenevrə şəhərində işçilərinə pis rəftar etdiyi səbəbilə saxlanılmışdı. Bundan bir neçə gün sonra isə isveçrəli iş adamları Liviyada həbs edilmişdi.
Bu problem İsveçrənin Liviyadan üzr istəməsinə və Qəddafiyə1,5 milyon dollar təzminat ödəməyi qəbul edənə qədər davam etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB