Nümayəndələr Palatası Liviyaya münasibətdə Obamanı məsuliyyətə çağırır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Amerika Konqresinin Nümayəndələr Palatası prezident Barak Obamaya müraciət edərək, onu Liviyada keçirilən hərbi əməliyyatlar haqda hesabat verməyə çağırmışdır. Nümayəndələr prezidentin Liviyada aparılan əməliyyatların vacibliyini əsaslandırmalı olacağını bildirmişlər. Bundan başqa, ABŞ prezidenti İraq və Əfqanıstanda aparılan müharibənin məqsədini, maddi dəyərini və ərəb müharibələrinə təsirini də izah etməlidir. Nümayəndələr Liviyaya Amerika quru qoşunlarının çıxarılmasının lüzumsuz olduğunu da qeyd etmişlər. Nümayəndələr palatası B.Obamaya hesabat verməsi üçün 14 gün vaxt vermişlər.
Nümayəndələr Palatasının prezidentdən hərbi əməliyyatların dayandırılmasını tələb edən əsasnaməsi kifayət qədər səs toplamamışdır. "Frans Press"in məlumatına görə, iyunun 4-də NATO Liviyada ilk dəfə olaraq hərbi vertolyotların əməliyyat keçirdiyini yaymışdır. Həmin vertolyotlar Müəmmər Qəddafini müdafiə edən ordu hissələrinin hərbi texnikasına raket zərbələri endirmişlər.
Liviyada NATO-nun keçirdiyi hərbi əməliyyatlar cari ilin 19 martında başlanmışdır. ABŞ Liviyada aktiv əməliyyatların keçirilməsində başlıca rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB