Avropadan Yəmənə çağırış

Avropa ölkələri Yəmənə çağırış edib. SİA-nın məlumatına görə, Avropa İttifaqının üzvü olan 5 ölkənin liderləri Yəmənə dialoq üçün çağırış ediblər. İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya liderləri keçirilən konfrans zamanı verdikləri birgə açıqlamada Yəmən xalqını razılığa gəlməyə dəvət ediblər. Getdikcə gərginləşən vəziyyətin heç kimə faydası olmadığını deyən liderlər vurğulayıb ki, bu hal ölkədə zaman keçdikcə qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də, tək çıxış yolu dialoqla razılaşmaq və məsələnin birgə çıxış yolunun axtarılmasında iştirak etməkdir. Liderlər qeyd edib ki, Yəməndə vəziyyətin stabilləşməsi birmənalı şəkildə milli birlik ruhunun artırılmasından asılıdır.

Qeyd edək ki, liderlər konfrans zamanı Səudiyyə Ərəbistanına da öz təşəkkürlərini bildiriblər. Çünki, Yəməndə prezident sarayına təşkil edilən hücum zamanı yaralanan ölkə başçısı Əli Abdulla Saleh müalicə olunmaq məqsədi ilə Səudiyyə Ərəbistanı tərəfindən ölkə xəstəxanasında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə