Peruda keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb. SİA-nın xəbərinə görə, keçmiş zabit Humala prezident seçkilərinin ikinci turunun qalibi olub. İlk turu qabaqda tamamlayan Ollanta Humalanın səslərin 50,7 faizini, rəqibi Keiko Fujimorinin isə 49,3 faizini qazandığı qeyd olunur.
Məlumat üçün bildirək ki, Keiko Perunun korrupsiya və solçu müxaliflərə qarşı ölüm qrupları yaratmaqda suçlanan həbsdəki keçmiş prezidentlərindən Alberto Fujimoronun qızıdır.
Humala isə perulu yoxsullara mədən gəlirlərindən daha çox pay verməyi vəd edib. Onun bu vədinin seçkilərdə qalib gəlməsində böyük rol oynadığı vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB