Misirli gənclər prezident və baş nazirlə görüşüb

Misirli gənclər prezident və baş nazirlə görüşüb

Misirdə dəyişikliyə başçılıq edən bir qrup gənc Türkiyədə səfərdədir. SİA-nın xəbərinə görə, səfər çərçivəsində "25 yanvar İnqilabı Gənclik Koalisiyası" adlı qrupu təmsil edən 56 gənc baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Güllə görüşüb. Misir üçün Türkiyəni örnək aldıqlarını söyləyən gənclər Misirin Ankaradakı səfirliyini ziyarət edib və onlar Türkiyənin demokratiya təcrübəsindən faydalanmaq istədiklərini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə