Bu gündən etibarən Türkiyə prezidenti Abdulla Gülün Polşaya 3 günlük rəsmi səfəri başlayıb. SİA-nın xəbərinə görə, prezident rəsmi proqramdan öncə şəhəri, o cümlədən dağıdıldıqdan sonra əslinə uyğun olaraq yenidən inşa edilən Saray Meydanını gəzib.
3 günlük səfər çərçivəsində Türkiyə prezidenti rəsmi proqram çərçivəsində həmkarı Bronislav Komorovski, parlament sədri Qrzeqors Sçetnaya, baş nazir Donald Tusk və Senat rəhbəri Boqdan Boruseviçlə görüşəcək. Bu görüşlərdə ikitərəfli əlaqələr və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB