Baş nazir istefa verdi

Portuqaliyada keçirilən parlament seçkilərinin qalibi məlum olub. SİA-nın xəbərinə görə, seçkilər nəticəsində ana müxalifətdəki sosial-demokratlar qalib olub. Sosial-demokratlar 230 yerlik parlamentdə 105, sosialistlər isə 73 yer qazanıb.

Mütləq çoxluğu əldə edə bilməyən sosial-demokratların 24 yer qazanan mühafizəkar Xalqçı Partiya ilə koalisiyaya gedə biləcəyi bildirilir. Portuqaliyanın baş naziri Xose Sokrates məğlubiyyətin özünün məsuliyyəti olduğunu bildirərək Sosialist Partiyasının liderliyindən istefa verib.

Bütün xəbərlər Facebook səhifəmizdə