Suriyada hökumət qüvvələri ilə rejim əleyhdarları arasındakı toqquşmalar yenidən güclənib. SİA-nın xəbərinə görə, ölkənin şimalında dünəndən davam edən əməliyyatlarda 35 nəfər ölüb. Cizras Şükür qəsəbəsindəki əməliyyatlarda isə 10 polisin də öldüyü qeyd olunub.
Toqquşmalar ölkənin şərqində də davam edir. Belə ki, Deir Az Zor şəhərində 7 min nümayişçinin keçmiş prezident Hafiz Əsadın heykəlini uçurmaq istəməsi nəticəsində atışmalar olub və xalqa zirehli avtomobillərdən açılan atəş nəticəsində çoxlu sayda insanın yaralandığı qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB