Çilidə vulkan püskürüb

Çilinin şimalında yerləşən Puyehue vulkanı fəaliyyətə başlayıb.10 km yüksəkliyə püskürən vulkanın külü səmanı qalın dumana bürüyüb. Hadisə insanları qorxutmaqla bərabər eyni zamanda möhtəşəm mənzərəyə şahidlik etdirib. Vulkandan saatda 230 titrəyişin baş verdiyi bildirilir.

Vulkan qonşu ölkələrə də təsirsiz ötüşməyib. Argentina bu ölkə ilə sərhədlərini bağlayıb. Paytaxt Buennes Ayresin 1600 km-liyində yerləşən Nahue Huapi gölü vulkanın külü ilə örtülüb.

Vulkanın ətrafında yaşayan 600 nəfər təhlükəsiz ərazilərə köçürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə