NATO Qəddafinin üstünə \"Pələng\"ləri göndərdi

NATO Qəddafinin üstünə \"Pələng\"ləri göndərdi

NATO Liviyadakı əməliyyatlarında bu gün yeni fazaya keçib. SİA-nın məlumatına görə, NATO bu gün ilk dəfə Liviya ərazisində vertolyotla əməliyyat keçirib. NATO səlahiyyətliləri bildirib ki, əməliyyat zamanı hərbi vasitələrə atəş açılıb.

İngiltərənin Müdafiə Nazirliyindən edilən rəsmi şərh zamanı məlum olub ki, əməliyyat ingilis vertolyotları ilə həyata keçirilib. Şərhdə qeyd olunub ki, vertolyotlardan istifadə olunması Liviyadakı əməliyyatların daha da sərtləşdiyini göstərir.

NATO güclərinin Liviyada həyata keçirdikləri əməliyyatda Fransanın \"Pələng\" tipli helikopyerləri də iştirak edib. Fransaya aid hərbi hava qüvvələrinin qeydə alındığı əməliyyatda Liviya hökumət qoşunları əks hücuma keçmək istəsələr də, bu mümkün olmayıb. Fransalı səlahiyyətli əməliyyatın keçirilməsində əsas məqsədin Qəddafi üzərindəki təzyiqi artırmaq olduğunu bildirib. Digər xəbərdə isə deyilir ki, ingilis və fransız helikopterlərinin iştirakı ilə keçirilən əməliyyatın əsas məqsədi Qəddafi ilə məsələni birdəfəlik həll etmək, daha doğrusu Liviya liderini məhv etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə