Almaniyanın baş naziri Angela Merkelə ABŞ-da vətəndaşlara verilən ən yüksək vətəndaş nişan olan Azadlıq Medalı veriləcək. SİA-nın xəbərinə görə, iyunun 6-8-də baş nazir A.Merkel Barak Obamanın qonağı olaraq həyat yoldaşı Joachim Sauer və 5 nazir ilə ABŞ-a ziyarət edəcək.
Azadlıq Medalının 7 iyunda təşkil ediləcək bir mərasimda Obama tərəfindən Merkelə veriləcəyi ifadə edilib. A.Merkelə bu medal dünyada sülh üçün etdiyi səylərdən ötrü layiq görüldüyü qeyd edilib.
ABŞ-a səfəri çərçivəsində Merkelə baş nazir köməkçisi, iqtisadiyyat və texnologiya naziri Philipp Rösler, xarici işlər naziri Guido VesterVelle, daxili işlər naziri Hans-Peter Friedrix, müdafiə naziri Tomas da Maiziere və maliyyə naziri Volfgang Schaeuble yoldaşlıq edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB