Prezident sarayının atəşə tutulması nəticəsində yaralanan Yəmən lideri Əli Abdulla Saleh radio ilə xalqa müraciət edib. SİA-nın xəbərinə görə, Ə.A.Saleh hücuma görə haşid tayfalar ittifaqının başçısı Sadiq əl Əhmarı günahlandırıb. "Mən yaxşıyam və özümü yaxşı hiss edirəm",- deyən yəmən ideri bildirib ki, hücum edənlərdən 7 nəfəri qətlə yetirilib.
Xatırladaq ki, dünən silahlı şəxslər Yəmən prezident sarayını və yaxınlıqdakı məscidi atəşə tutublar. Atışmadan sonra yaralanmış Yəmən lideri Əli Abdulla Salehin ölməsi barədə xəbərlər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB