Türkiyə ilə Yunanıstan sərhədindəki Meriç (Evros) çayında insan alverçiləri ilə yunan polisləri arasında atışma baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, insident insan alverçilərinin polisə atəş açması nəticəsində başlayıb. Məlumata görə, atışmada ölən və xəsarət alan olmayıb.
Qeyd edək ki, sərhəd mühafizə birlikləri atışmadan sonra 11 qaçaq miqrant və onlara rəhbərlik edən insan alverçilərini ələ keçirib, qaçaqların daşınması üçün istifadə olunan qayıq isə müsadirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB