Fukusima fəlakəti Çini qorxuya salıb

Fukusima fəlakəti Çini qorxuya salıb

Fukusima fəlakəti Çinə dərs olub. SİA-nın məlumatına görə qorxuya düşən Çin hökuməti təhlükəsizlik tədbirlərini artıracağını bildirib. Bu barədə Çinin Ekologiya nazirinin müavini Li Ganci məlumat verib. O bildirib ki, ölkədə nüvə reaktorlarının təhlükəsizlik tədbirləri genişləndiriləcək: \"Yaponiyada sunamidən sonra Fukusima təhlükəsinin yaratdığı qorxuya şahid olduq. Buna görə də, Çində fəaliyyətdə olan və yeni inşa edilən bütün nüvə reaktorlarının təhlükəsizlik tədbirləri artırılacaq. Bu istiqamətdə görüləcək işlər artıq planlaşdırılıb, mühafizə sistemində ən müasir texnologiyalardan istifadə olunacaq\".

Fukusima təhlükəsinin bütün dünyaya təsir etdiyini deyən nazir müavini, tədbirlər planında beynəlxalq təcrübələrdən də faydalanılacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə