Fələstinlilərin yürüşü ləğv edilib. SİA-nın məlumatına görə, Fələstinlilərin bazar günü təşkil etməyi palanlaşdırdıqları etiraz yürüşü baş tutmayacaq.
Məsələ ilə bağlı açıqlama verən fələstinli təşkilatçılar yeni etiraz nümayişinin planlaşdırıldığını deyiblər: \"1967-ci ildə baş vermiş ərəb-İsrail müharibəsinin ildönümü münasibətilə bazar günü Livanda yürüş təşkil etməyi planlaşdırmışdıq. Lakin müxtəlif səbəblərə görə, yürüşün qarşısı alınıb. Bütün maneələrə baxmayaraq Livanda yerləşən fələstinlilərə aid mühacir düşərgələrində aksiya keçirəcəyik. Bizim etiraz etməyə haqqımız var və Livan hökumətinin bunun qarşısını alma cəhdlərini qəbul etmirik\".
Qeyd edək ki, Livanlı səlahiyyətlilər, yürüşün qarşısını almaq məqsədilə ölkədəki İsrailin sərhəd bölgəsini qapalı hərbi sahə adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB