Ukraynanın cənub-şərqində, Azov dənizi sahilində yerləşən Mariupol şəhərində vəba xəstəliyi yayılır. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, son 6 gün ərzində vəba xəstəliyi diaqnozu ilə xəstəxanalara 5 nəfər yerləşdirilib. İlkin araşdırmalar nəticəsində infeksiya mənbəyinin balıq və dəniz suyu olduğu müəyyən edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində şəhərin çimərlikləri bağlanıb həmçinin balıq tutmaq qadağan edilib. Mövcud vəziyyətlə bağlı müvafiq tədbirlərin görüldüyü və vəziyyətin nəzarət altında olduğu qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB