Rusiyada silah anbarında partlayış baş verib, 28 min nəfər təxliyyə edilir

Rusiyada silah anbarında partlayış baş verib, 28 min nəfər təxliyyə edilir

3 iyun 2011-ci il tarixində Bakı vaxtı ilə saat 00:10 radələrində Rusiyanın qərbində yerləşən Udmurtiya Respublikasında silah anbarında yanğın baş verib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, yanğın anbar ərazisində xeyli sayda partlayışa səbəb olub. Hadisə Malopurginski rayonunun Puqaçevo yaşayış məntəqəsi yaxınlığında yerləşən ölkənin Müdafiə Nazirliyinə məxsus anbarda qeydə alınıb. İlkin məlumata əsasən, 30 nəfər xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib. Alov onikimərtəbəli yaşayış binasını külə döndərib. Təhlükəsizlik tədbirləri çərçivəsində təxminən 28 min nəfərin təxliyyəsi həyata keçirilib, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Yanğının başvermə səbəbi və ümumi sahəsi barədə məlumat verilmir. Yanğınsöndürmə işlərinə, azı, 100 yanğınsöndürən, 40 ədəd texnika, o cümlədən aviasiya qüvvələri cəlb edilib. Hadisə ilə bağlı müvafiq tədbirlər görülür, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə