Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadze Ermənistanda gizlənib

Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadze Ermənistanda gizlənib

Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadzenin həyat yoldaşı Badri Bitsadze Ermənistanda gizlənib. SİA-nın xəbərinə görə, bu barədə xəbər Gürcüstan mətbuatında yer alıb. Mətbuat orqanlarının diplomatik mənbələrə istinadən verdikləri xəbərə görə, Bitsadze Ermənistana gizli yolla bazar günü keçib.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti müxalifət lideri Nino Burcanadzenin əri Badri Bitsadzeyə qarşı cinayət işi açıb. Bitsadze keçən həftəki müxalifət etirazları zamanı yarımhərbi birləşmə yaratmaqda və polisə hücumun təşkilində ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə