Gürcüstanda terror aktının qarşısı alınıb. SİA-nın "GHN" agentliyinə istindən verdiyi xəbərə görə, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb. Məlumata əsasən terror aktı Rusiya kəşviyyatı tərəfindən Sameqral rayonunda həyata keçirilməsi nəzərdə tutulubmuş. Terror aktını törətməkdə şübhəli bilinən Abxaziyanın Qalskiy rayonun sakinləri Abesalom Çxatiya və Tamla Benia da həbs olunub.
Onların üzərində aşkar olunan partlayıcı maddələr zərərsizləşdirilib. Həbs olunan şəxslər ifadələrində bildiriblər ki, terror aktının törədilməsində onlara göstərişi Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları İqor Vlasov və Serqey Kuzmin verib. Hazırda fakt üzrə əməliyyat-axtarış tədbirləri üzrə davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB