İranın prezident Mahmud Əhmədinejad həbs edilə bilər. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri ali dini lider Əli Xamneyidən xahiş edib ki, prezident Mahmud Əhmədinejadın həbsinə icazə versin. Belə ki, Xamneyinin nümayəndəsi ayətulla Abdulnabi Namazi M. Əhmədinejadın Ə. Xamneyini devirməyə cəhd göstərdiyi iddiasını əsas gətirib.
Namazinin fikrincə, ali dini lider və prezident arasındakı qarşıdurma Əhmədinejadın istefası ilə nəticələnə bilər. Ali dini lider prezident istisna olmaqla bu çevriliş cəhdində iştirak edənlərin hamısının həbsini tələb edib. Əhmədinejad isə öz növbəsində xəbərdarlıq alıb.
Qeyd edək ki, İranda ali dini liderə xəyanətin cəzası edamdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB