ABŞ-da çıxan nüfuzlu "New York Times" qəzetinin baş redaktoru ilk dəfə qadın olacaq. Cil Abramson vəzifəsinin icrasına sentyabr ayında başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu vəzifədə Billi Kelleri əvəzləyəcək Cil Abramson 2003-cü ildən onun müavinlərindən biridir. Keller isə "New York Times Magazine" jurnalının ştatlı əməkdaşı işləmək niyyətindədir.
"New York Times Co" holdinqinin direktorlar şurasının sədri oğul Artur Sultsberger bildirib ki, Kellerin istefaya getmək qərarını dolaşıq hissələrlə qarşılayıb, lakin Abramson onun əla əvəzi olacaq.
Qeyd edək ki, "New York Times" qəzeti 1851-ci ildə jurnalist və siyasətçi Henri Carvis Reymond tərəfindən yaradılıb. Hazırda populyarlığına görə "The Wall Street Journal" və "USA Today" qəzetlərindən sonra üçüncü yeri tutur və hər gün təxminən 1,1 milyon tirajla çıxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB