Türkiyə prezidenti Abdulla Gülün İtaliyaya səfəri təxirə salınıb

Türkiyə prezidenti Abdulla Gülün İtaliyaya səfəri təxirə salınıb

Türkiyə prezidenti Abdulla Gülün bu gün İtaliyaya nəzərdə tutulan səfəri baş tutmayıb. SİA-nın xəbərinə görə, prezidentin soyuqdəymə səbəbilə onun İtaliyaya səfəri təxirə salınıb.

Hər il iyunun 2-si Respublika günü kimi qeyd edilən İtaliyada cari il siyasi birliyin 150-ci ildönümü münasibətilə ikiqat bayram təşkil olunub. Buna görə də bayram tədbirlərinə bir çox ölkələrin dövlət və hökumət rəhbərləri dəvət olunub. İtaliyadakı tədbirlərdə Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlunun təmsil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə