Türkiyənin Ali Seçki Qurumu seçkiqabağı qadağaları açıqladı

Türkiyənin Ali Seçki Qurumu seçkiqabağı qadağaları açıqladı

Türkiyənin Ali Seçki Qurumu seçkiqabağı təbliğatla bağlı bəzi məsələləri və qadağaları açıqlayıb. SİA-nın xəbərinə görə, qurum qeyd edib ki, təbliğat kampaniyası iyunun 11-i saat 18:00-da başa çatacaq, seçki qadağası isə iyunun 12-si saat 24:00-a qədər davam edəcək.

Qurumun qərarına görə, bugündən etibarən seçki komissiyalarının göstərdiyi yerlər xaricində açıq və qapalı məkanlarda kütləvi təbliğat aparılmayacaq. Bundan əlavə, namizədlərin və partiyaların özlərini tanıdan broşuralar və əl elanları istisna olmaqla hər hansı təbliğat materialı yaymasına, sorğular, proqnozlar, namizədlərin və siyasi partiyaların lehinə və ya əleyhinə təbliğatın aparılmasına icazə verilməyəcək. Təbliğat xarakterli çap materiallarının üzərində Türkiyə bayrağı və dini işarələrin olmasına qadağa qoyulub. Siyasi partiyaların namizədləri çıxışlarında türkcə danışmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə