NSJ: Putini diz çökdürməyin vaxtıdır...

Ukraynadakı müharibəyə nəhayət necə son qoymaq olar...
NSJ: Putini diz çökdürməyin vaxtıdır...

...Amerikalı analitiklər Putinin müharibəni dayandırmağa könüllü razılaşacağına ümid etməyin qeyri-real olduğunu düşünürlər.

SİA xəbər verir ki, “National Security Journal” qəzetinin yazdığına görə, əsl danışıqlar yalnız Kremlin güc balansını dəyişdirə biləcək hərbi və siyasi məğlubiyyətlə üzləşdiyi zaman mümkün olacaq.

Amerikanın aparıcı Rusiya üzrə ekspertlərindən biri olan Tomas Qrem hesab edir ki, hər iki tərəfdə baş verən böyük insan və iqtisadi itkilər ABŞ-ın vasitəçiliyi ilə əldə edilən sülh müqaviləsi üçün "fürsət pəncərəsi" yaradıb.

Lakin o hesab edir ki, Putinin müharibəni dayandırmağa könüllü razılaşacağına ümid etməyin qeyri-real olduğuna inanır.

Nəşr yazır ki, “Putin Ukrayna ilə bağlı qərarları rasional xərc-fayda təhlili əsasında qəbul etmir”. O, əsasən ideologiya və öz siyasi yaşam məsələlərinə əsaslanır və buna görə də Ukraynanın müstəqilliyini qoruyan bir kompromisə razılaşmayacaq.

Vəziyyəti dəyişə biləcək amillərə Rusiya ordusunun uğursuzluğu, elitalar arasında mümkün narazılıq və Krıma artan təzyiq daxildir.

Bu bölgə bütün kampaniyanın əsas elementinə çevrilə bilər. Müəlliflər hesab edirlər ki, “Putini diz çökdürməyin ən çox ehtimal olunan yolu Krımın tədricən boğulmasıdır”.

Əgər Rusiya hərbçiləri və mülki şəxsləri yarımadanı kütləvi şəkildə tərk etsələr, Moskva faktiki olaraq nəzarəti itirəcək ki, bu da Kremlə ağır strateji və siyasi zərbə olacaq.

Vəziyyətin belə bir inkişafı bəzi Rusiya elitalarını müharibədən çıxış yolu axtarmağa və Rusiya üçün daha dəhşətli nəticələrdən qaçınmaq üçün ölkə rəhbərliyini dəyişdirməyə cəhd etməyə sövq edə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə