İran rəhbərliyi ABŞ prezidenti Donald Trampın istəyinin əksinə olaraq yeni mövqe sərgiləyib. Belə ki, İranın ali lideri Müctəba Xamneyi silaha yaxın dərəcəli uranın xaricə ixrac edilməməsi barədə göstəriş verib. Xarici KİV-lərin yazdığına görə, bu addım Tehranın sülh danışıqlarında ABŞ-nin əsas tələblərindən birinə məhəl qoymamaq deməkdir.
"Ali liderin göstərişi və hakimiyyət daxilindəki konsensus zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxmamasıdır", - deyə İrandakı mənbə xarici mediaya bildirib.
Tehran hesab edir ki, materialların xaricə göndərilməsi İranı ABŞ və İsrailin gələcək hücumlarına qarşı daha həssas edəcək.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB