...ABŞ Ukraynadakı hərbi əməliyyatlara son qoymaq üçün razılaşma əldə etmək məqsədilə Krımı və Rusiyanın yeni bölgələrini tanımağa hazırdır.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə The Telegraph mənbələrə istinadən məlumat verib.
...ABŞ sülh razılaşmasını təmin etmək üçün Rusiyanın Krım və Rusiyanın digər yeni bölgələri üzərində nəzarətini tanımağa hazırdır. Amerika lideri Donald Tramp sülh danışıqları üzrə nümayəndəsi Stiv Vitkovu və kürəkəni Cared Kuşneri Moskvaya göndərərək bunu Rusiya prezidenti Vladimir Putinə təklif edib, - qəzet yazıb.
Daha əvvəl Rusiya lideri Vladimir Putin bildirib ki, gələn həftə keçiriləcək danışıqlarda Rusiyanın Krım və Donbas üzərində suverenliyinin beynəlxalq səviyyədə tanınması əsas məqam olacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB