Özbəkistandakı məscidlərdə yağış duası oxunacaq…

…Noyabrın 28-də Özbəkistandakı bütün məscidlərdə cümə namazından sonra Allaha yağış diləmək üçün kollektiv dua olan İstiqa duası qılınacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kursiv Uzbekistan” xəbər verir.

Qərar Müsəlmanların Ruhani İdarəsi tərəfindən uzun müddət davam edən payız quraqlığı və proqnozlaşdırılan yağıntının olmaması fonunda verilib.

İdarə yağış duasının İslam ənənələrində dərin köklərə malik olduğunu qeyd edib.

Eyni zamanda, heyvan qurbanları regional və rayon mərkəzi məscidlərində keçiriləcək.

Onların əti ehtiyacı olanlara, yetimlərə, dul qadınlara, kasıblara və tənha yaşlı insanlara paylanacaq.

Məkkə və Mədinədə yaşayan Özbəkistan vətəndaşlarına İstiqa duasını ziyarət qrupları ilə birlikdə müqəddəs yerlərdə qılmaq tövsiyə olunur.

Bu il Özbəkistanda son 100 ilin ən quraq ilidir. Bu il Daşkənddə orta illik yağıntı miqdarı 444 millimetr olduğu halda, cəmi 170 millimetr yağıntı düşüb.

…Son altı ay ərzində Özbəkistanın paytaxtında cəmi üç dəfə yağış yağıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə