...SİA xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, rus təbliğatçısı Vladimir Solovyovun sui-qəsd cəhdi ilə bağlı məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin zəhərli pizza istifadə edərək qətli törətməyi planlaşdırdıqları məlum olub. İş İkinci Qərb Dairə Hərbi Məhkəməsində dinlənilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri Andrey Pronskinin mənzilində çəkilmiş səs yazısı təqdim edilib.
Səsyazmada Pronski planını ortağı Vladimir Belyakov və digər təqsirləndirilən şəxslərə ətraflı izah edir.
Səsyazmada deyilir: "Məsələn, biz Solovyovun ünvanını tapırıq, sifarişini Yandex.Eda vasitəsilə izləyirik, sifarişi ələ keçiririk və ona zəhərli pizza veririk".
Xatırladaq ki, 2022-ci ilin aprel ayının sonlarında Federal Təhlükəsizlik Xidməti altı nəfərin həbs olunduğunu elan etdi. Agentlik bildirib ki, saxlanılanlar Ukrayna Təhlükəsizlik Xidmətinin əmri ilə Moskvada Solovyovu maşınını partlatmaqla öldürməyi planlaşdırıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB