Newsweek: “Çinin artan nüvə enerjisi Rusiyanı çəkindirir...”

Çin-Rusiya "sərhədsiz tərəfdaşlığı"nın aydın sərhədləri var...

...Çinin nüvə arsenalı Kremlin nüvə ambisiyalarını məhdudlaşdıran gözlənilməz bir amilə çevrilir. Ukraynalı tarixçi Sergey Ploxinin sözlərinə görə, Pekin "nüvə balanslaşdırmasında son dərəcə istəksizdir" və bununla da Moskvanın eskalasiya istəyini "soyudur".

...SİA-nın məlumatına görə, bu barədə Newsweek yazır.

Çin “ilk zərbə vurmamaq” siyasətinə və minimum nüvə qüvvələri səviyyəsini saxlamağa sadiq olduğunu vurğulayır. Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Pekinin Hərtərəfli Nüvə Sınaqlarının Qadağan Edilməsi Müqaviləsini və qlobal yayılmama rejimini dəstəklədiyini bildirib.

Ekspertlər qeyd edirlər ki, Rusiyanın Qərbi taktiki silahlarla qorxutmaq cəhdləri faydalı deyil.

Moskva nüvə zərbəsi təhlükəsi ilə üzləşmir, yəni Çinin nöqteyi-nəzərindən bu cür açıqlamalar əsassız eskalasiya olardı.

Analitik Tonq Çjao qeyd edir ki, “...Putin çox risk götürməyə hazırdır və Pekin buna etibar etmir”.

Bu arada, Çinin özü də arsenalını fəal şəkildə genişləndirir. Pekinin artıq təxminən 600 döyüş başlığı var və hər il təxminən yüz ədəd əlavə edir.

Lakin bu, ABŞ və Rusiyanın səviyyəsinə heç də yaxın deyil. Pekin nüvə modernləşdirilməsinə əsasən Vaşinqtonu çəkindirmək vasitəsi kimi baxır, Rusiya təhdidlərini dəstəkləmək üçün bir vasitə kimi deyil.

Elan etdiyi "sərhədsiz" tərəfdaşlığa baxmayaraq, Çinin ehtiyatlı nüvə silahları siyasəti növbəti 10-15 il ərzində Moskva üçün çəkindirici amil kimi çıxış etməyə davam edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə