Donald Trampın xarici işlər üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər edəcək. SİA Reuters-ə istinadən xəbər verir ki, Vitkoff-un Rusiya-Ukrayna müharibəsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov gələn həftə Moskvaya səfər edəcək. ABŞ və Rusiya arasındakı çətin münasibətləri bərpa etmək üçün telefon danışıqları da daxil olmaqla əlaqələrin qurulduğunu qeyd edən Uşakov, "Buna mane olmaq üçün Qərb mediası gecə gündüz təbliğat aparır. Lakin biz ABŞ ilə Rusiyanın münasibətlərinin normallaşacağına ümid edirik” deyə sözlərinə əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB