Finlandiya 16 dekabrda NATO-nun şərq cinah ölkələrinin ilk sammitinə ev sahibliyi edəcək.
SİA xəbər verir ki, Finlandiya hökumətinin rəsmi saytında yer alan məlumata görə, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo məlumat verib.
Orponun məlumatına görə, görüş Helsinkidə keçiriləcək. İştirakçılar arasında Latviya, Rumıniya, Litva, Bolqarıstan, Polşa, İsveç və Estoniyanın baş nazirləri olacaq.
Sammitdə Şimali Atlantika Alyansının şərq cinahında təhlükəsizlik məsələləri müzakirə olunacaq.
"Avropa Rusiya ilə sərhədində müdafiəsini daha da gücləndirməlidir", - deyə Finlandiyanın Baş naziri qeyd edib. Daha əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-Ukrayna danışıqlarındakı irəliləyişi alqışlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB