“Rus əsgərləri” güclə ayaq üstə dura bilirlər...

Rus əsgərlərinin videosu interneti şoka salıb..?

...Mən baxmamışam, amma deyirlər... internetdə bir rus zabitinin beş yeni əsgəri sıraya düzdüyünü göstərən video yayılıb.

Görüntülərdə kişilərin yıxıldığı, sərxoş vəziyyətdə olduqları, güclə ayaq üstə durduqları görünür. Onlardan biri dəbilqəsini ayaqlarının altına atır və onu götürməkdə çətinlik çəkir.

SİA-nın məlumatına görə, Dialog xəbər verir ki, səhnəni lentə alan zabit onlardan orduya necə qoşulduqlarını və müqaviləni necə imzaladıqlarını soruşur.

Biri aldadıldığını etiraf edir. Digəri müqaviləni sərxoş halda imzaladığını deyir.

Üçüncüsü isə necə cəbhəyə getdiyini belə anlaya bilmir. Komandir nifrətini gizlətmir və açıq şəkildə bildirir ki, bu adamlar sabah döyüşə göndəriləcəklər. O deyir ki, onlar normal hərəkət edə bilmirlər, döyüşdə iştirak edə bilmirlər.

...Sual oluna bilər, bəs onda hara göndərirsən, ölümə?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə