Kremlin ideoloqu Duqin ABŞ-ın "Sülh Planı"nı şərh edir
Kremlə yaxınlığı və onun siyasətini dəstəkləməsi ilə tanınan rusiyalı ideoloq və politoloq Aleksandr Duqin bəyan edib ki, Ukrayna “ən çoxu iki il ərzində tamamilə Rusiyanın bir hissəsi olacaq”. O, həmçinin ABŞ-ın təklif etdiyi yeni sülh planına reaksiya verərək, Ukrayna üçün “suverenliyin olmayacağını” vurğulayıb. Kreml ideoloqu bunu öz Telegram kanalında yazıb.
Duqin ABŞ prezidenti Donald Trampın planına şübhə ilə yanaşdığını bildirib və qeyd edib ki, Kiyev və onun avropalı müttəfiqləri müzakirələrə daxil edildikdən sonra bu, Rusiya üçün “açıq-aşkar qəbuledilməz” olacaq.
Konkret olaraq, Duqin bəyan edib ki, Ukraynanın Rusiyanın nəzarətinə qayıtması göstərilən müddətdən də tez baş verə bilər. "Ukrayna ən çox iki ildən sonra tamamilə bizim olacaq. Ola bilsin ki, daha tez", - Duqin bildirib.
Eyni zamanda, o, danışıqlar aparan tərəflərin hörmətə çağırdığı Ukraynanın suverenliyi ideyasına qəti şəkildə qarşı çıxıb və vurğulayıb ki, onun fikrincə, ukraynalılar “onu həyata keçirməyə qadir deyillər”. Kreml ideoloqu əlavə edib ki, hazırda Ukrayna cəmiyyətinin “Rusiya dünyasının vahid məkanına” inteqrasiyası üçün müfəssəl plan hazırlanır. Onun sözlərinə görə, bura xüsusi tədris materiallarının yaradılması, təcili kütləvi terapiya proqramları, psixoloji reabilitasiya daxildir.
Duqin həmçinin Ukrayna əraziləri üçün yeni adlar alacağı güman edilən yeni inzibati struktur üzərində görülən işləri xatırladıb. O, “Köhnə torpaqlar” adının görünə biləcəyini təklif edib. Bundan əvvəl İtaliyada qondarma “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin iştirakı ilə planlaşdırılan “Yeni Çoxqütblü Dünya Naminə” adlı konfrans bir gündə iki dəfə ləğv edilmişdi.
Məlum olduğu kimi, 2022-ci il avqustun 20-də Moskva vilayətində Duqinin idarə etdiyi avtomobil partladılıb. “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı hadisə yerində dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB