Zelenski bu həftə Vaşinqtona səfər edə bilər

ABŞ administrasiyası ilə ukraynalı rəsmilər Prezident Volodimir Zelenskinin bu həftə ABŞ-a mümkün səfərini müzakirə edir.

SIA xəbər verir ki, bu barədə CBS News öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, səfərin baş tutub-tutmaması Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların nəticələrindən asılı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə