...Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Ukrayna danışıqlar qrupunun ABŞ-ın sülh planı ilə bağlı ilk görüşünü İsveçrənin Cenevrə şəhərində keçirdiyini açıqladı.
Növbəti görüşlər Amerika nümayəndələri ilə olacaq.
SİA-nın məlumatına görə, o, bunu Telegram kanalında yazıb.
Onun sözlərinə görə, artıq Avropa ölkələrinin nümayəndələri ilə görüşlər keçirilib.
...İlk görüşümü Böyük Britaniya, Fransa və Almaniya liderlərinin milli təhlükəsizlik müşavirləri Conatan Pauell, Emmanuel Bonn və Günter Sautter ilə keçirdim. Növbəti görüş ABŞ nümayəndə heyəti ilədir. Biz çox konstruktivik, - deyə Yermak yazıb və əlavə edib ki, bu gün müxtəlif formatlarda bir sıra görüşlər planlaşdırılır.
Əvvəllər Ukrayna, Avropa İttifaqı və ABŞ nümayəndə heyətlərinin 23 noyabrda Cenevrədə ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün sülh planını müzakirə edəcəyi bildirilmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB