...Almaniyada hazırlanmış və yüksək texnologiyalı xüsusiyyətlərlə təchiz olunmuş Greyshark sualtı dronu, Baltik dənizində patrul xidməti göstərmək, vacib infrastrukturu qorumaq, düşmən kəşfiyyat bölmələrini aşkar etmək və suları izləmək üçün nəzərdə tutulub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bild yazır
Bremendə yerləşən Euroatlas istehsalçısının bu pilotsuz mini-sualtı qayığı dəniz sınaqlarını yeni başa vurub.
Onun hidrogen mühərriki yanacaq doldurmadan həftələrlə işləməyə imkan verir.
Model bir neçə variantda mövcuddur. Foxtrot variantı hətta dörd aya qədər və 10.000 dəniz mili məsafə qət etməyə imkan verir.
Nəqliyyat vasitəsi 17 yüksək texnologiyalı sensordan istifadə edir. Süni intellekt əsaslı proqram təminatı məlumatları real vaxt rejimində emal edir və potensial düşmən hədəflərini müəyyən edir.
Euroatlas meneceri Markus Beerin sözlərinə görə, Greyshark-ın seriyalı istehsalı gələn il başlaya bilər. O, həmçinin artıq maraqlı alıcıların olduğunu iddia edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB