Prezident Volodimir Zelenski Avropa liderləri ilə birlikdə noyabrın 27-nə qədər ABŞ-nin sülh planının maddələrinə düzəlişlər etməyə çalışırlar. SİA xəbər verir ki, bu barədə "RBK-Ukrayna" "Bloomberg"ə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, Avropa liderləri Rusiya ilə atəşkəsə dair yeni sazişin hazırlanması üçün son müddət - 27 noyabr qədər Ukrayna üçün daha çox vaxt qazanmağa çalışırlar.
ABŞ Prezidenti Donald Tramp 28 maddədən ibarət sülh planı təklif edir ki, buna əsasən Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalıdır. Bu plana görə, Kiyev NATO-ya üzvlük kursundan imtina edir. Lakin Aİ ilə potensial yaxınlaşma daxil olmaqla, daha sıx iqtisadi inteqrasiyaya ümid edə bilər. Əvəzində Moskva sanksiyaların qismən aradan qaldırılmasını və G8 formatına qayıtmaq imkanını əldə edir.
Plan həmçinin "Zaporojye" Atom Elektrik Stansiyasının beynəlxalq nəzarətə keçirilməsini, istehsal olunan enerjinin Rusiya və Ukrayna arasında bölüşdürülməsini və Ukrayna ordusunun azaldılmasını nəzərdə tutur. Ölkənin bərpası, digər mənbələrlə yanaşı, dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi planlaşdırılır, lakin konkret detallar hələ də aydın deyil. Tənqidçilər sənədi Moskvanın xeyrinə olan və Kiyevin suverenliyini sarsıdan güzəştlər toplusu kimi görürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB