ATƏT PA-nın xüsusi nümayəndəsi Ermənistana səfər edəcək

ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədr müavini, ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Luis Qrassın başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-26-da Ermənistana səfər edəcək. SİA-nın xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Nümayəndə heyətini Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan qəbul edəcək.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə