Tramp Rusiyaya qarşı “sarsıdıcı sanksiyalar”ı təsdiqlədi..?

Çin və Hindistan kütləvi tariflərlə üzləşirmi?

...Senator Lindsi Qrem Ağ Evin Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar" tətbiq edən qanun layihəsini təsdiqlədiyini açıqladı.

O, ABŞ prezident administrasiyasının bu barədə ona bir neçə saat əvvəl məlumat verdiyini söyləyib.

SİA-nın məlumatına görə, bu barədə CNN xəbər verir.

…O, həmçinin ABŞ prezidenti Donald Trampın qanun layihəsinin Konqresdə irəli sürülməsini şəxsən xahiş etdiyini iddia edib.

Sözügedən qanun layihəsi Trampa Rusiya nefti, qazı və uranını alan ölkələrdən idxala ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verəcək.

Qanun layihəsi aprel ayında senatorlar Lindsi Qrem və Riçard Blumental tərəfindən təqdim edilib.

Qremin sözlərinə görə, Konqresdəki Demokratların və Respublikaçıların əksəriyyəti sanksiyaları dəstəkləyir. Senatorlar tədbirləri 2025-ci ilin iyun ayının ortalarında keçirilən G7 sammitindən əvvəl qəbul etməyi planlaşdırırdılar, lakin Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlli ilə bağlı açıqlamaları səbəbindən qanun layihəsi üzrə irəliləyiş müvəqqəti olaraq dayandırıldı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə