...Avropa Parlamentinin Lüksemburq üzvü Fernan Kartheiser Avropa İttifaqının Xarici İşlər və Siyasət üzrə Ali Nümayəndəsi Kaja Kallasdan Moskva ilə siyasi dialoqu bərpa etməyi və Ukraynanın Avropa strukturlarına hərbi inteqrasiyası planlarından imtina etməyi tələb edib.
SİA-nın məlumatına görə, o, bunu sosial media platforması X-də yazıb.
...Bu gün mən Ali Nümayəndə Kaya Kallasa açıq məktub göndərdim və onu Avropa Parlamentindəki bütün həmkarlarımla paylaşdım, - deyə o yazıb.
Avropa Parlamentinin üzvü məktubunda onun fikrincə, Avropa İttifaqının yeni kursunun əsasını təşkil etməli olan səkkiz prinsipi sadalayıb.
O, Rusiya ilə dialoqun bərpasına, təhlükəsizlik zəmanətlərinin hazırlanması üçün ATƏT mexanizmlərindən istifadəyə və azlıqların hüquqlarının və dini azadlıqlarının qorunmasına çağırıb.
Kartheiser həmçinin radikal millətçiliklə mübarizənin, ərazi bütövlüyü məsələlərinə daha praqmatik yanaşmanın, Ukraynanın təhlükəsizliyi ilə bağlı real razılaşmaların əldə edilməsinin, ölkənin müharibədən sonrakı yenidən qurulmasına hazırlaşmağın və gərginliyi artırmaq əvəzinə, deeskalasiyaya yönəlmiş diplomatiyanı davam etdirməyin vacibliyini vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB